Paşinyanın mətbuat katibi gülməli video ilə bağlı danışdı: “Canlı olduğumuzu bildirsəydilər…”backend

Paşinyanın mətbuat katibi gülməli video ilə bağlı danışdı: “Canlı olduğumuzu bildirsəydilər...”

Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyada canlı yayımdan öncə məşq kadrları ətrafında qalmaqal səngimir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Ermənistanın İctimai Televiziya Şirkətinin işçiləri ilə fərdi söhbəti haqda baş nazirin mətbuat katibi Mane Gevorgyan bunları bildirib:

“Rec-də (Mətbuat katibi bunun nə olduğunu bilmir) olduğumuzu söylədilər, amma canlı olduğumuzu bildirsəydilər, Baş nazirə xəbərdarlıq edərdim”.

“Bizimlə müsahibədə sözçü bildirdi ki, efirdən 20 saniyə əvvəl canlı olduqlarını anlayıb. Bu haqda isə o, açıqlama vermək istəmədi” deyə qəzet yazır.

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*