İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın mənzili qarət edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat paylaşıb.
Bir neçə gün əvvəl baş verən hadisədə külli miqdarda oğurluq edilib.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları quldurluqda şübhəli bilinən qrup üzvlərini artıq saxlayıb.
Xatırladaq ki, ötən il dekabrın sonunda Paşinyanın qudası, deputat Qraçya Akopyanın malikanəsindən də oğurluq edilib. Cinayəti törədən şəxslər pul, qızıl-zinət əşyaları və saatları aparıblar. Ümumi ziyan 20 min dollara yaxın olub.
Müşviq Tofiqoğlu
KONKRET.az