Paşinyanın “Qara siyahısı” yenidən aktuallaşdı – Culfalakyan “başı qoparılacaq” ilk şəxsdirbackend

Paşinyanın "Qara siyahısı" yenidən aktuallaşdı - Culfalakyan "başı qoparılacaq” ilk şəxsdir

“Qraparak” qəzeti isti payız ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın “qara siyahısı”nın yenidən aktuallaşdığını yazır.

KONKRET.az xəbər verir ki, deputatların “sənədləri” yenidən nəzərdən keçirilir.

Müxalifətin aktivləşməsindən əvvəl deputatları itaət etməyə məcbur etmə prosesi başlayıb.

Qəzetə deyildiyi kimi, Arsen Culfalakyan bu siyahıda “başı qoparılacaq” ilk şəxsdir.

“Arsenin cəsarəti və ambisiyaları, ictimai tənqidi Paşinyana böyük ölçüdə təsir edib” deyən mənbə “Paşinyanla söhbətdən və münaqişədən sonra mandatından istefa etdiyini” söyləyib.

Yaxın vaxtlarda Korrupsiyaya Qarşı Mübarizə Komissiyası deputat Ayk Sarkisyana qarşı məhkəmə prosesi başlayacaq.

Bəyannaməsindəki həqiqi uyğunsuzluqlar yoxlanılıb və “göstərilən sahibkarlıq fəaliyyəti nəticəsində” əldə edilən gəlir barədə Dövlət Gəlir Komitəsinə sorğu göndərilib.

Alınan gəlirə uyğun vergi ödəmədiyi ortaya çıxıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*