Bu gün Baş nazir Nikol Paşinyan cangüdənlərin müşayiəti ilə Yeablur hərbi qəbiristanlığa gəldi, lakin Dağlıq Qarabağdakı son münaqişə nəticəsində ölənlərin anaları onun məzarlığa gedən yolu bağladı.
KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, “Baş nazir məzarlıqdan çıxarkən Paşinyanın tərəfdarları və müxaliflər nümayəndələri arasında insident yaşanıb. Adamlar bir-birinə hücum ediblər. Nəticədə bir neçə adam yaralanıb.