Şəhərin ən böyük gənclik festivalı olan “BİZON ONE WORLD FEST”in ötən günkü konsertində qalmaqal yaşanıb.
KONKRET.az xəbər verir ki, özünəməxsus musiqiləri ilə son zamanların sevimlisi “Mavi Gri” qrupu gecənin irəliləyən saatlarında səhnə alıb.
Türkiyənin məşhur qrupunun ifasından sonra isə azərbaycanlı reper Pasterin (Pərviz Quluzadə) çıxışı gözlənilsə də, reper səhnəyə çıxar-çıxmaz qalmaqal yaşanıb.
Belə ki, Paster əvvəlcə sosial şəbəkə hesabında “Buradayam, səhnənin arxasından səsinizi eşidirəm. Məndən öncə səhnədə olanlar sizi yorur, görürəm. Bir azca da səbr…” -, deyə paylaşım edib.
Daha sonra səhnəyə çıxan reper özündən əvvəl çıxış edən türkiyəli qrupun musiqi alətlərini səhnədən toplamasına icazə verməyib.
“Səhnəni boşaldın! Bakı bizimdir, səhnəni boşaldın!” – deyən Paster səhnədə qalmaqal yaradıb və qrupun texniki heyətini səhnədən endirib.
Onun bu hərəkəti ölkəmizə gələn qonağa qarşı ədəbsizlik kimi qiymətləndirilib.
“Yeni Sabah”ın konsertdə iştirak edən müxbirinin çəkdiyi videogörünrüləri təqdim edirik: