Patriarx Rusiyanı tərk edənləri “günahkar” adlandırıb.
KONKRET.az xəbər verib ki, Patriarx Kirill bildirib ki, “Günah etmiş şəxs tövbə edərsə və günahını dərk edib geri qayıdarsa, onu itələməyə ehtiyac yoxdur. Əgər Rusiyanı tərk edən insanlar, hətta hardasa danışıb, onun əleyhinə nəsə desələr, səhv etdiklərini başa düşərək geri qayıdıblarsa, Vətən onları rədd edə bilməz”.
Kirilin fikrincə, müharibədən kütləvi qaçış təbii ölüm qorxusu və dəyərlərin aşılanması ilə əlaqələndirilir: “Uzun illərdir ki, gənc nəsil arasında xaricdən gətirilən saxta dəyərlər aşılanır və bərqərar olur”. O, müharibəyə səfərbər olanları ölümdən qorxmamağa çağırıb.
Natiq Səlim,
KONKRET.az