Patrik Berq: “Belə getsə, Ermənistanın sonu ürək açan olmayacaq”backend

Patrik Berq: "Belə getsə, Ermənistanın sonu ürək açan olmayacaq"

“Ermənistanın Avropaya inteqrasiyası uzun prosesdir”.

KONKRET.az xəbər verir ki, bunu Avropa Parlamentinin almaniyalı üzvü Lars Patrik Berq deyib.

Patrik Berq “Alpha News”un suallarına cavab verərərkən bildirib ki, o, Ermənistanın bu addımını perspektivsiz hesab edir:  “Mən Avropa Parlamentinin sıravi üzvüyəm, dövlət başçısı və ya baş nazir deyiləm, ona görə də Ermənistan hökumətinə heç nə məsləhət görə bilmərəm. Bununla belə, hesab edirəm ki, Avropaya inteqrasiya sadə məsələ deyil. Bunun nəticəsi Ermənistanda avropapərəst və Aİ-yə qoşulmağın tərəfdarı olan insanlar üçün kifayət qədər məyusedici ola bilər. Bu, uzun bir prosesdir və hesab edirəm ki, Rusiya ilə bütün sazişlərdən çıxmaq təhlükəlilidir. Bu, mənim fikrimdir. Aİ Ermənistanda Rusiyanı dərhal əvəz edə bilməyəcək və problemlər yaranacaq. Məncə, ermənilərə sərt güc lazımdır. Aİ isə iqtisadi gücə malikdir, düzdür, diplomatik gücü də var, lakin sərt güc baxımından Aİ Rusiya ilə müqayisə oluna bilməz”.

Avropa Parlamentinin deputatı daha sonra əlavə edib ki, Ermənistan ona sərf edən geosiyasi qərar qəbul etməlidir. Əks halda sonu ürək açan olmayacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*