Patrik Vieyra koronavirusa yoluxdubackend

Patrik Vieyra koronavirusa yoluxdu

İngiltərənin “Kristal Pelas” klubunun baş məşqçisi Patrik Vieyra koronavirusa yoluxub.

KONKRET.az-ın məlumatına görə, fransalı mütəxəssis bu səbəbdən “Tottenhem”ə qarşı ölkə çempionatının XIX tur matçını buraxacaq. Onu texniki zonada köməkçisi Osian Roberts əvəzləyəcək.

Bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Kristal Pelas”ın bir neçə futbolçusunda infeksiya aşkarlandığı üçün “Uotford”la XVIII tur görüşü təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*