Payız günəşi onların üzünə güləcək – Sonbaharın şanslı bürcləribackend

Payız günəşi onların üzünə güləcək – Sonbaharın şanslı bürcləri

Artıq payız fəslinin gəlişinə az qalıb. Bu mövsümün enerjisi ulduzlar aləmində də ciddi dəyişikliklərə səbəb olacaq. Astrologların açıqlamalarına görə, qarşıdakı üç ay bəzi bürclər üçün həm romantik münasibətlərdə yeni başlanğıclar, həm də ailə qurmaq şansı gətirəcək.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, hansı bürclərin bu fəsildə daha şanslı olacağını araşdırıb.

Mütəxəssislər hesab edirlər ki, Tərəzi, Balıq, Dolça və Oxatan bürcləri bu payız sevgidə ən şanslılar sırasında olacaq.

Tərəzilər üçün payız əsl romantika mövsümü olacaq. Venera və Marsın bu bürc üzərində yaratdığı enerji onların cazibəsini artıracaq. Bu dövrdə uzun müddət davam edən münasibətlər ailə qurmaqla nəticələnə bilər.

Balıq bürcləri isə sadə anların sehrini kəşf edəcək. Astrologlara görə, onlar üçün xoş təsadüflər, yeni tanışlıqlar və münasibətlərdə dərinləşmə gözlənilir.

Dolçalar üçün bu payız mövcud münasibətləri möhkəmləndirmə, daha ciddi addımlar atmaq vaxtıdır. Uzunmüddətli əlaqələrdə söz kəsilməsi, nişan və hətta toy xəbərləri gündəmə gələ bilər.

Oxatan bürcləri isə ehtiras dolu günlər yaşayacaq. Onların həyatına gözlənilmədən daxil olan insanlar böyük dəyişikliklərə səbəb ola bilər.

Bununla yanaşı, Əkizlər, Xərçəng və Qız bürcləri də bu mövsümdə sevgi həyatında diqqətçəkən yeniliklər yaşayacaq. Əkizlərin sosial çevrəsi genişlənəcək, Xərçənglər uzaqdan gələn gözlənilməz tanışlıqlar yaşayacaq, Qızlar isə Veneranın təsiri ilə diqqət mərkəzində olacaq.

Astroloqlar xəbərdarlıq edirlər ki, payızın ikinci yarısı – xüsusilə sentyabrın son günləri və oktyabrın əvvəlləri münasibətlərdə dönüş nöqtəsi ola bilər. Bu günlərdə edilən etiraflar və verilən qərarlar uzunmüddətli nəticələr gətirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*