Bu gün Milli Məclisin 2020-ci il payız sessiyasının sonuncu plenar iclası keçirilib.
KONKRET.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 6 məsələ müzakirə edilib.
İclasda 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə müraciət qəbul edilib.
Sonda Dövlət Himninin səsləndirilməsi ilə Milli Məclisin payız sessiyası bağlı elan olunub.
Sessiyanın başa çatması ilə deputatlar tətilə çıxıb.