“Havaların kəskin şəkildə soyuması orqanizmə təsirsiz ötüşmür. Hər bir fəsilin öz qidalanma rasionu olduğu kimi payız fəslində də müəyyən qidalanma qaydası var”.
Bu fikirləri Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov səsləndirib. Bunun üçün də insanlar təbii ərzaqlar yeməyə çalışmalıdır:
“Yediyimiz ərzaqların təbii olmasına diqqət edək və xüsusilə də mövsümü meyvə və tərəvəzlər istifadə etməyə çalışaq.
Mövsümündə yeyilən meyvələrin qida dəyəridə yüksəkdir. Bu cür meyvələrdə , bədənə lazım olan maqnezium, kalium, B6 vitamini, anti-oksidantlar C, A, E vitaminlər, mikroelementlər ilə yanaşı antioksidantlar də mövcuddur. Sağlam zülallar da qəbul etmək mütləqdir. Sağlam zülalı adətən balıq, ət, toyuq, ağartı və yumurta məhsullarından əldə etmək mümkündür. Bundan başqa lobya, mərci, noxud kimi bitkiləri də unutmayın. Heyvan mənşəli zülallar ilə yanaşı bitki mənşəli zülallar da (lobya, mərci, noxud və.s) qəbul edin”.
A.Salamov qeyd edir ki, əgər xəstələnmisinizsə, bəzi tövsiyələrə riayət etməyə çalışın:
“Sarımsaq soyuqdəyməyə qarşı güclü antioksidantdır. Tərkibində olan aliun və allicin adlı maddələr var ki, virusları məhv etmək qabiliyyətinə malikdirlər. Lakin bunun üçün sarımsağı çiy halda yemək lazımdır.
Soğan da sarımsaq kimi virus əleyhinə olan dərmandır. Bu ərzağı da çiy halda yemək məsləhətdir. Yağlı balıqlar tərkibində olan əvəzolunmaz yağ turşusu Omeqa-3 sayəsində bədəndə olan iltihabları aradan qaldırar.
Sarıkök, zəfəran, darçın kimi ədviyyatlar tərkibində olan antioksidantlara görə immun sistemini gücləndirə bilir. Gün ərzində bu ədviyyatlardan bir çay qaşığı istifadə etmək lazımdır. Misal üçün, darçın çayı sizin üçün münasib seçim ola bilər.
Qədim zamandan məlumdur ki, sulu yeməklər soyuqdəymənin dərmanıdır. Bu gün alilmər də bu fikrə gəlib çatıblar ki, bu. düzgün düşüncədir. Həqiqətən də sulu yeməklər virus əleyhinə təsirli ola bilir. Belə ki, şorba boğaz yolunda olan mikrobların inkişaf etməsinin qarşısını ala bilir. Kənd toyuğu şorbası isə əvəzolunmazdır”.
Aynurə İsmayıl
KONKRET.az