Paytaxtda avtomobil dayanacaqları hansı saatlarda pulsuzdur?backend

Paytaxtda avtomobil dayanacaqları hansı saatlarda pulsuzdur?

Artıq yanvarın 1-i, 2024-cü ildəyik. Hər kəs Yeni il bayramını qeyd edir. 

 

Bayramla bağlı olaraq ölkədə yanvar ayının 7-nə kimi tətildir.

İstirahət və tətil günlərində rahatlığını düşünən hər kəs şəhərə şəxsi avtomobili ilə çıxır. Sürücüləri isə bir məsələ düşündürür, bayram günlərində avtomobil dayanacaqları pulsuz olacaqmı?

KONKRET.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bayram günlərində də parklama pulludur:

“Yalnız bazar günləri, eləcə də saat 22:00-dan saat 7:00-dək parklama pulsuzdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*