Paytaxtın hər yerində pişik evləri quraşdırılacaq – FOTObackend

Paytaxtın hər yerində pişik evləri quraşdırılacaq - FOTO

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Daşkənddə paytaxtın Daxili İşlər Baş İdarəsi, Heyvanları Qoruyan Cəmiyyət (Mehribanlıq və Şəfqət), İnsider.uz teleqram kanalı və “Hayet” (“Həyat”) birgə layihəyə start verib. Layihə çərçivəsində Özbəkistanın paytaxtında pişiklər üçün küçə evləri quraşdırılacaq. İlk belə ev artıq bir gün əvvəl, noyabrın 10-da, daxili işlər şöbəsinin qonşuluğundakı Panelnı massivinin yaxınlığındakı boş ərazidə quraşdırılıb.

On heyvan üçün hazırlanan balaca evlər polis idarəsindəki evsizlər üçün nəzərdə tutulan sığınacaqda yaşayan insanlar tərəfindən inşa edilib. Tezliklə Daxili İşlər İdarəsinin və “Hayet” Sığınacağının yaxınlığında daha iki ev quraşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*