Pekin Bakı ilə müdafiə əlaqələrinin inkişafına ümid edirbackend

Pekin Bakı ilə müdafiə əlaqələrinin inkişafına ümid edir

Çin Xalq Respublikasının Bakıda akkreditə olunmuş hərbi attaşesi, polkovnik Sun Çjun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri Çin və Azərbaycan arasında hərbi əlaqələrin ardıcıl şəkildə möhkəmləndiyini və bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm hissəsinə çevrildiyini bildirib.

KONKRET.az xəbər verir ki, o, gələcəkdə də Çin ilə Azərbaycan arasında hərbi əməkdaşlığın uğurla və səmərəli şəkildə davam edəcəyinə əminliyini ifadə edib.

“Hər iki ölkə yüksək səviyyəli qarşılıqlı səfərlər, hərbi-texniki əməkdaşlıq, kadr hazırlığı və təlim sahələrində bir sıra praktik və səmərəli tədbirlər həyata keçirib. Bu əməkdaşlıq yalnız hərbçilərin peşəkar səviyyəsini artırmayıb, eyni zamanda Çin və Azərbaycan orduları arasında qarşılıqlı anlaşma və etimadı da gücləndirib”, – deyə polkovnik Sun Çjun vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*