Pekin Rusiyanı Çin avtomobillərinin satışına kömək etməyə çağırıbbackend

Pekin Rusiyanı Çin avtomobillərinin satışına kömək etməyə çağırıb

“Çin avtomobil istehsalçıları Rusiya bazarının tələbatına cavab verən avtomobillər hazırlamağa hazırdırlar, lakin onlar da Rusiyadan qarşılıqlı addımlar istəyirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə Çinin Rusiya Federasiyasındakı səfiri Çjan Hanhui II Rusiya-Çin Avtomobil Forumunda bildirib.

Onun sözlərinə görə, Pekin istehsal və təchizat zəncirlərinin inteqrasiyasını təşviq etməyə razıdır və bunun üçün Rusiya tərəfi Çin avtomobil sənayesinə dəstək verə bilər, yəni istehsal, satış və iş şərtlərini sadələşdirə bilər.

Diplomat vurğulayıb ki, Çin öz avtomobil markalarının yaxşı imicini saxlamaq, birinci dərəcəli keyfiyyəti təmin etmək və yüksək keyfiyyətli xidmət göstərmək istəyir.

Qeyd edək ki, 2023-cü ilin ilk üç rübündə ruslar Çin avtomobillərinə ümumilikdə 1,02 trilyon rubl xərcləyib. Eyni zamanda, bütün avtomobillərə 1,88 trilyon rubl xərclənib, yəni Çin istehsalçıları bazarın yarıdan çoxunu ələ keçiriblər.

Bu arada Rusiyanın ən iri minik avtomobil istehsalçısı AvtoVAZ etiraf edib ki, 2023-cü ildə istehsal planını yerinə yetirmək mümkün olmayacaq, geriləmə on faizə qədər olacaq. Bundan əvvəl şirkət hökumətdən kredit faizlərinin qismən kompensasiyası şəklində dəstəyin artırılmasına baxmağı xahiş etmişdi. Bu cür yardım olmasa, şirkət investisiyalardan imtina etməyə məcbur olacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*