Pekində ilk dəfə heç kəs koronavirusa yoluxmadıbackend

Pekində ilk dəfə heç kəs koronavirusa yoluxmadı

Pekində iyunun 11-dən bəri ilk dəfə Sinfadi topdansatış bazarında koronavirusun yeni yayılmasından sonra gündəlik yoluxma qeydə alınmayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı şəhərin sağlamlıq komitəsi yayıb.

Çinin paytaxtında indiyədək 335 nəfərdə koronavirus aşkarlanıb, onlardan 15 xəstə evə buraxılıb, 320 nəfər və 31 simptomsuz daşıyıcı tibbi nəzarətdədir.

Qeyd edək ki, Sinfadi bazarında koronavirus aşkar edildikdən sonra ölkədə virusa yoluxan insanların sayı artıb. Epidemioloji araşdırma nəticəsində bazar iyunun 13-də bağlanıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*