Peledən sonra bunu Mbappe bacardıbackend

Peledən sonra bunu Mbappe bacardı

“Real Madrid”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe peşəkar karyerasında 399-cu və 400-cü qollarını vurub.

KONKRET.az xəbər verir ki, gənc forvard DÇ-2026-nın seçmə mərhələsinin V turunun Ukrayna ilə görüşündə (4:0) dubla imza atıb.

Bununla da 26 yaşlı futbolçu əfsanəvi Peledən sonra futbol tarixində bu mərhələyə çatan ikinci ən gənc oyunçu olub. O, 27 yaşı tamam olmamış 400 qol vuran iki futbolçudan biridir.

Ulduz hücumçu 1991-ci ildən bəri Fransa yığmasında ardıcıl altı görüşdə qol vuran ilk oyunçu adına da sahib çıxıb.

Mbappe klub səviyyəsində “Monako”da 27, “Real Madrid”də 62, PSJ-də 256 qol vurub. O, Fransa millisinin heyətində 55 dəfə rəqib qapısına yol tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*