9 iyun – “Qayıdış” günüdür. Bu gün təkcə Heydər Əliyevin böyük siyasətə qayıdışı deyildi. Bu gün həm də öləziyən müstəqillik ideyalarının, xəyallarının gerçəkliyə dönüşü, qayıdışı idi.
1993-cü ilin məhz bu günündə Azərbaycanın böyük oğlu Heydər Əliyev xalqın təkidli tələbi və AXC-Müsavat iqtidarının davamlı xahişləri nəticəsində paytaxta döndü. Lakin bu qayıdış elə bir dövrə təsadüf edirdi ki, Azərbaycan olum və ölüm dilemması qarşısında qalmışdı. Ölkə Ermənistanla qanlı müharibədə uduzmuşdu. Gəncədə qardaş qanı tökülmüş və məqsədli şəkildə ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Şimalda sadvalçılar, cənubda isə əlikramçılar separatizmi alovlandırmıışdı. Ölkədə bir neçə hərbi müxalifət meydana çıxmışdı.
Respublika blokadaya alınmışdı. Bütün xarici əlaqələr kəsilmişdi. Səsimiz Biləcəridən o tərəfə keçmirdi. SSRİ-dən qalan planlı iqtisadiyyatın tör-töküntüləri məhv edilmiş, büdcə boşaldılmışdı. Azərbaycanı belə bir vəziyyətdən isə ancaq zəngin dövlətçilik və siyasi təcrübəyə malik cəsarətli və xalqın sevgisini qazanmış şəxsiyyət qurtara bilərdi. Nə yaxşı ki, o dövrdə Azərbaycanın belə bir dəyanətli oğlu vardı. Bu məhz Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev qüdrəti idi. İyunun 9-da Bakıya gələn əvəzedilməz siyasət adamı hakimiyyətin heç bir vəzifə təklifini qəbul etmədi. “Mən vəziyyəti ətraflı öyrənməyincə, hər hansı bir qərar verə bilmərəm”, – deyən Heydər Əliyev birbaşa Gəncəyə yollandı. İqtidarın bəzi təmsilçiləri də dahi şəxsiyyətin kölgəsində Gəncəyə getmək istəsə də, Heydər Əliyev buna etiraz etdi: “Mən tək gedib, real vəziyyəti öz gözlərimlə görməliyəm”,- dedi.
Beləcə, ümummilli lider heç bir fiziki terrordan çəkinməyərək Gəncəyə yola düşdü. Burda bəzi görüşlər keçirdi, yaranmış vəziyyəti ətraflı öyrəndi. Sonra Bakıya dönüb Milli Məclisdə ölkədə yaranmış vəziyyət və bundan çıxış yolları ilə bağlı proqram xarakterli nitq söylədi. Məhz bu çıxışdan sonra gərilmiş əsəblərin üstünə sərin su səpildi. İnsanlar bir qədər rahat nəfəs aldı.
Bu baxımdan 27 illik zaman fasiləsindən sonra iyun hadisələrindən danışmaq çox asandır. Lakin o dövrü xəyalən yaşamaq da bu gün çox acılıdır. Çünki AXC-Müsavat hakimiyyətinin bir illik hakimiyyəti dövründə xalqımızın başı çox müsibətlər çəkdi. Naşı insanların böyük iddiaları dövləti məhvə sürükləmişdi. Ölkəmiz hər tərəfli çöküş mərhələsinə qədəm qoymuşdu. Qeyd edək ki, Azərbaycan tarixən aqrar ölkəsi olub. Lakin AXC-Müsavat iqtidarı o zaman aqrar sektordan imtina etdi.
Prezident Elçibəy şəxsən pambıqçılığı qul əməyi adlandırırdı. Və deyirdi ki, “kənd təsərrüfatında çalışmaq könüllüdür. Kim istəyir işləsin, kim istəmir işləməsin”…Və yaxud Kəlbəcərin işğalından sonra Elçibəyin sevincək “..bu yaxşı oldu. Axır ki, dünya Ermənistanı təcavüzkar kimi tanıyacaq”, – deməsi əslində siyasi səbatsızlıqdan başqa bir şey deyildi.
Vaxtilə Nazirlər Kabinetində işləmiş bir tanışım danışır ki, Pənah Hüseynov baş nazir kimi fəaliyyətə başladığı gün bir qucaq sənədlə onun qəbuluna getdim. Sənədlərin çoxluğundan gözü böyüyən Pənah bəy təəccüblə soruşdu ki, “bunlar nədir?” Dedim ki, “icrası vacib sənədlərdir. Baxmalısınız, sonra da aidiyyatı üzrə şöbələrə yazmalısınız”. Bu sözlərimdən xeyli kefi pozulan Pənah bəy “Ayə, tay denən, işimiz var dənə…” deyib başını buladı. Bax o vaxt hakimiyyətdəkilərin tutduqları yüksək posta yanaşması məhz bu cür idi. O zamanlar Rəhim Qazıyevin, İskəndər Həmidovun hərəkətləri nəinki nazir vəzifəsinə, heç statistik orta azərbaycanlı davranışına uyğun gəlmirdi. Baş nazirin müavini Əli Mənsimovun Türkiyədə oteldə etdiyi hərəkətləri, Əbülfəz bəyin Gəncədə Tamara axtarışları….. Daha nələr, nələr…
Hələ Müdafiə Nazirliyinin o vaxtkı mətbuat xidmətinin rəhbəri, indiki “ədalət aşiqi” “siyasi mühacir” Leyla Yunusu demirəm. Bu xanım bir gün evə gələndə baxır ki, su gəlmir. Soruşanda deyirlər ki, həyətdə “jek”-in işçiləri nəsə iş görür. Ona görə də su kəslib”. Bundan qəzəblənən Leyla xanım bir dəstə hərbiçi ilə fəhlələrin üstünə gedir, onları yaxşıca əzişdirtdirib və qeyzlə “siz kimsiniz ki, mənim suyumu kəsirsiniz”, – deyib…
İskəndər bəyin redaksiyaya hücum edib jurnalist döyməsini hələ demirəm… Bütün bunlar onu göstərirdi ki, o dövr hakimiyyətdəki təsadüfi adamlar xalqla iqtidar arasında dərin inamsızlıq yaratmışdı. Heç bir sahədə məsələyə peşəkar yanaşma yox idi.
Bu günlərdə Fazil Qəzənfəroğlu bir müsahibəsində bunu çox gözəl etiraf edib: “…Özümüzün uydurduğumuz, düşündüyümüz və ya qəbul etdiyimiz münasibətlərdən kənara çıxa bilmədik və hesab etdik ki, bu, doğrudur. Türkiyədən başqa bir dövlətə üstünlük verə bilmədik. Sözsüz ki, Türkiyə bizim qardaşımızdır, amma hamı ilə normal münasibətlər, ətrafla qonşuluq əlaqələri saxlamağa məhkum idik. Həmçinin erməni məsələsində ermənilərlə savaş düşüncəsindən çıxmalı, buna daha geniş aspektdən baxmağı bacarmalı idik. Amma bu düşüncələrimizdən çıxa bilmədik. Budur problem…”
Fazil bəyin fikirlərinə onu da əlavə edim ki, o dövr iqtidarın ən böyük bəlası tənqidə sağlam münasibətin bəslənməməsi idi. Hansı məmura bir söz deyirdin, küsüb gedib otururdu evdə. Soruşanda da deyirdi ki, fəaliyyətimi dondurmuşam.
Ümumiyyətlə o vaxt populyar olan “fəaliyyətimi dondurmuşam” sayıqlamasının mahiyyəti 27 ildə mənə aydın olmadı. Ya işləyirsən, ya da istefa verirsən. Burda üçüncü yol yoxdur. Lakin AXC-Müsavat iqtidarı özləri üçün üçüncü yol kəşf etmişdilər. O vaxtkı iqtidarın ən böyük problemlərindən biri də əsası olmayan şəxsi iddialar və qarşılıqı inamsızlıq idi.
Üzdə dost görünən bu adamlar arxada bir-birinin ayağından çəkirdilər. Məsələn, iyunun əvvəllərində yaranmış siyasi böhrandan çıxmaq və Heydər Əliyevlə birgə yeni hökümət qurmaq ideyası ortaya atılanda İsa Qəmbər əsl simasını göstərdi. Yaranmış vəziyyətdən istifadə edərək öz rəqiblərini vurmaq istədi. Əvvəlcə, Əli Kərimlinin istefaya getməsini təklif etdi. Sonra baş nazir Pənah Hüseynovu güdaza verdi. Sonda isə öz bədnam planı öz başında çatladı. Baxmayaraq ki, bu gün özünə yaxın mətbu orqanlarına deyir ki, Gəncədə qan tökülməsinin əleyhinə idim.
Amma o tarixi yaşayanlar yaxşı bilir ki, Gəncəyə qoşun yeridilməsinin təşəbbüskarı məhz İsa Qəmbər olub. Bundan başqa, o vaxtkı iqtidar təmsilçiləri bu gün də bir-birilərini müxtəlif məsələlərdə, o cümlədən KQB agenti olmaqda ittiham etməkdən əl çəkə bilmirlər. Son günlər bu məsələ daha çox müzakirə mövzusu olub. Amma mən bildiyim bir həqiqəti deyim…
Əvvəla, Sovetlər dönəmində xaricə işləməyə gedən istənilən şəxs “KQB”-nin “verbovka”sından keçirdi. Əbülfəz bəy də şərqşünas kimi xaricə işləməyə getmişdisə, bu, onun üçün də adi prosedur qayda idi.
İkincisi, 1988-ci ildən siyasi proseslərdə iştirak edənlərin hamısı bu və ya digər şəkildə “KQB” ilə əlaqəsi vardı. “KQB” ilə əlaqəsi olmayanlar artıq 1989-cu ildə proseslərdən sıxışdırılıb çıxarıldı.
Məsələn, Nüsrət Kəsəmənli, Vəkil Hacıyev və digərləri kimi. Ona görə də mənə elə gəlir ki, belə söhbətlər “qarğa məndə qoz var” fəlsəfəsinin təcəssümündən başqa bir şey deyil… Ona görə də nə yaxşı ki, 9 iyun qayıdışı oldu.
Bu qayıdış azərbaycançılığı, dövlətçiliyi, milli kimliyi və nəhayət “imzalar içində imzamızı” özümüzə qaytardı….
Surxay Atakişiyev
Hörmətli Surxay Atakişiyev :
Keçmiş tarixin yumaq kimi dolaşan çox rəngli sap dolaqlari _ hələ də nöqtələnməyən təzadli izahatlarla daha da açilmazliqlari haqda inanmiram . ki oxuduqum insanlardan kimsə , yazilarinizdaki həqiqətə yaxin şəhr verə bilsin . Əlbəttə ki çoxlari müəyyən həddə qədər izahli , bir iki özünə lazimli sapi tarixin dolabindan qirilan yerinə qədər yalniz bir iki rəngə üstünlük verməklə _ dartdiqlari üçün , dartdiqi yerdən sapin rəngi həm bilinir həm qirilir . Yoxsa yeni rəngli saplarla nimdaş keçmişin eyni rəngli saplarina calaqla deyenləyib _bu günə qədər dartmaqa ehtiyac olmaz idi . rusca bir anlayişin müəllifiyəm :_toska po ne doskazannomu** səni buraxanda : incimə -səni satiblar *** kimi özünə olan nəhlətləri :- bizlərə xas ümümiləşdirilmiş paraktik təcrübələrlə _ özündən uzaqlaşdirma metafizikasini həttə amerikalilar Liviyani Yuqoslaviyani bombaladiqlarindan sonra da eyni çəkili ifadə tapa bilməmiş idilər.
Bax **deyilməyən xiffət haqda :_ oxşar anlayiş məhkəmədə son söz sərhədə yaxin anlayiş :-rəhmətə gedənin son sözü ya vəsiyyəti , daha yaxin anlayiş Polis öz işini görüb qurtarandan sonra deyəcəyi son söz _odur ki , yeni yeni yazilarinizi səbirsizliklə izləyirəm. deyilməmiş açilmamiş səhifə ilə dartilmamiş , dolaqda qirilan rəngli saplari axira qədər dartmaq bacariqi olanin şəhrinə ehtiyac _ deyilməyənə xiffəti ** _toska po ne doskazannomu** çəlləyin dibindən də dərindir , ki qalib . Elə 1988-93-cü illərin prosses iştirakçilarinin son vaxtlar köhnə dolaqdan yeni yeni mövcud ya yox önəmli deyil _önəmli bəlli olmayan yeni rəngli sap uclarini dartmalari bu xiffətin _toska po ne doskazannomu** _nun kinetik potensialinin sönməməsi deməkdir.
Bəşər övladina deyilməyən , özünün də deyə bilmədiyi saplar _ ifadə edə bilmədiyi təəsuratlar haqda xiffət bo.luqunu çinlərdə yaxin anlayiş DAO :_adini deməyəcəyim nəzəri praktik bir elmin açilimi ilə :_ beyninin tam düstüru ola bilməyən nə din nə də milliyəti nə də qohum əqrabasi bu boşluqu saman çöpü tək doldura biməyib nə qədər dartsan qirilmayan ana məhəbəti haqda dolğulu rəngi bilinməyən saplardan istisnalarla .
Əlbəttə , ki mövzunu 40 məclis də uzada bilərdim yumaqlanmiş rəngli saplarin uclarina qədər lakin belə xiffəti özümdə aşkarlamadim yazdiqinizla qane oldum , çünkü bu hal hazirda sona yaxin sap uclaridir hardan yapişsan qirilar.
Əziz oxucu! Belə bir deyim var.Hər şeyin zamana ehtiyacı var. Və yaxud, zaman hər şeyin əlacıdır.Tarixdə hər zaman sirrlər olub.Lakin sona qədər heç bir şey sirr olaraq qalmır.Ən yaxşı halda onun sirr olmasını özümüz istəyirik.1988-1993-cü illərin açılmamış çox sirrləri var.Lakin hamısının açılmasını hələlik istəmirik…