Pensilvaniyada dəfn hazırlığı: Gülənin cənazə namazını görün kim qılacaqbackend

Pensilvaniyada dəfn hazırlığı: Gülənin cənazə namazını görün kim qılacaq

Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülənin dəfn mərasimi bu gün Pensilvaniyada baş tutacaq.

KONKRET.az xəbər verir ki, “Haber Global”ın müxbiri Səadət Çelikçi dəfn mərasimi ilə bağlı təfərrüatları açıqlayıb.

Gülən daha əvvəl göstərdiyi yerdə, 25 ildir yaşadığı terror təşkilatının qərargahı adlanan fermada dəfn ediləcək. Sözügedən fermada mehmanxanalar dolub, maşınların sayı və fermanın ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Dəfn mərasiminə dünyanın hər yerindən terror təşkilatı üzvləri toplaşıb.

Gülənin Amerika dövrü

Ankara Dövlət Təhlükəsizlik Məhkəməsi Baş Prokurorluğu tərəfindən 19 mart 1999-cu ildə Gülənə qarşı “dünyəvi dövlət quruluşunu dəyişdirmək və dini qaydalara əsaslanan rejim qurmaq məqsədi ilə qeyri-qanuni təşkilat yaratmaq” ittihamı ilə istintaq başladılıb.

Gülən özü haqqında istintaq məlumatı aldıqdan 2 gün sonra ABŞ-a qaçıb. Beləliklə, o, Türkiyəni tərk edərək ABŞ-da məskunlaşıb. ABŞ-ın Pensilvaniya ştatındakı “Chestnut Retreat Center”də illər boyu fəaliyyətini davam etdirib.

Gülən təşkilatın ən mühüm tədbirlərini Pensilvaniyadan şəxsən idarə edib. O, 130 hektar ərazidə yerləşən və ciddi təhlükəsizlik tədbirləri ilə qorunan fermaya köçüb. Bu proses zamanı təşkilat Türkiyənin ən kritik qurumlarına sızmağa davam edib. Dövləti ələ keçirmək planları ABŞ-dan yönləndirilib.

Hətta Türkiyədə baş verən 15 iyul çevriliş cəhdi də həmin fermada planlaşdırılıb.

Ölümündən sonra…

Gülənin ölüm xəbərindən sonra Pensilvaniyada ciddi təhlükəsizlik fəaliyyəti başlayıb. Təsərrüfata daxil olan avtomobillərin sayı artıb. Gülənin harada dəfn ediləcəyi ilə bağlı təşkilat daxilində müzakirələr də başlayıb.

Pensilvaniyada terror təşkilatına aid “Gurbet Cemetery” (Qürbət qəbiristanlığı) adlı yer var. Ağəla ilk ora gəldi. Halbuki fermanın içərisində Fətullah Gülənin daha əvvəl işarə etdiyi bir yer var. 25 ildir yaşadığı terror yuvası. Gülənin ferma daxilində torpağa tapşırılacağı təsdiqlənib. ABŞ-da qəbirlər, ümumiyyətlə ağır texnika ilə qazılır. Maşınlar ağacların arasında gizlədilib. Dəfn üçün hazırlıqlara başlanılıb.

Cənazə törəni necə baş tutacaq?

Cənazə namazı bu gün günorta Pensilvaniyada qılınacaq. Mərasim həmçinin Pensilvaniya ətrafındakı bir stadionda keçiriləcək. Mərasimdə iştirak məhdud olacaq və yalnız ailə üzvləri və qohumlar iştirak edəcək. Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən başına10 milyon lirə mükafat vəd edilən Suat Yıldırım cənazə namazını qılacaq. Proqram dəfn zamanına qədər məxfi olaraq qalır. İş o yerə çatıb ki, dəfn mərasiminə gələn təşkilat üzvləri dəfn proqramı ilə bağlı dəqiq məlumat verilmədiyini bildiriblər.

ABŞ nə etdi?

Nə Ağ Ev, nə də ABŞ Dövlət Departamenti şərh verməyib, jurnalistlərin sualları cavabsız qoyulub. Gülənin Türkiyəyə ekstradisiya tələbləri ilə bağlı fəaliyyətsiz qaldığı kimi, ölümündə də susdu. ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, məsələ şəxsi toxunulmazlıq hüququna aiddir.

Güləni kim əvəz edəcək?

FETÖ terror təşkilatı daxilində parçalanmaların, çatların olduğu çoxdan məlumdur. Gülən öləndə bəlli oldu ki, təşkilatda olan pulları kimin ələ keçirəcəyi ilə bağlı böyük davalar onsuz da mövcud imiş. Onun ölümü ilə də bütün bunlar üzə çıxdı. Liderlik uğrunda mübarizədə önə çıxan iki ad var. Mustafa Özcan və Abdullah Aymaz.

Mustafa Özcan terror təşkilatının bir nömrəli adlarındandır. O, təşkilatın ABŞ bölməsini idarə edir. Təşkilatın pullarına nəzarət də Mustafa Özcan və Cövdət Türkyolunun əlindədir.

Abdullah Aymaz təşkilatın Almaniya qolunu idarə edir. Avropa tərəfində ən güclü adlardan biridir.

Aymazın “lazım gəlsə, Avropa qolu olaraq təşkilatdan ayrılacağıq” deyərək ABŞ tərəfini təhdid etdiyi müəyyən edilib. Təşkilat daxilində liderlik mübarizəsinin şantaj və sui-qəsdlərə yol açan səviyyədə olduğu da öyrənilib./Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*