Pensiya alanların NƏZƏRİNƏbackend

Pensiya alanların NƏZƏRİNƏ

Azərbaycanda pensiyaların indeksasiyası və artırılması maraqla gözlənilən məsələlərdən biridir.

KONKRET.az xəbər verir ki, bu artımlar əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək və əmək pensiyalarının bütün məbləğini əhatə edəcək.

Hər kəs bu artımların nə qədər olacağı və hansı aydan onu alacağını maraqla gözləyir.

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramova müraciət etdik.

Millət vəkili BAKU.WS-ə açıqlamasında bildirib ki, 2023-cü ildə orta aylıq əmək haqqındakı artım faizi təxminən 11 faiz olub. Pensiyalar yaxın günlərdə 11 faizə qədər artırılacaq:

“Pensiyalardakı indeksasiya nəticəsində artım faizi birbaşa əvvəlki ildəki orta aylıq əmək haqqındakı faizindən asılıdır. Artımlarla bağlı sərəncam baxmayaraq ki, fevral ayında olub. artımlar yanvar ayından hesablanacaq. Yanvar ayı üçün hesablanmış artımlar fevral ayındakı artımlarla birgə ödənilir.

Əgər vətəndaşın pensiyası 400 manatdırsa, 11 faiz artımla 444 manat alacaq. Artıq yanvar ayının pensiyası ödənilib. Vətəndaşlar hələlik bu artımı almayıblar. Fevral ayında vətəndaşlar 44 manatlıq artımı gələn ayın artımı ilə birgə alacaqlar.

Yanvar ayında pensiyaya çıxan vətəndaşların pensiyası isə növbət il indeksasiya olunacaq. Çünki onlar 2024-cü ildən etibarən pensiya almağa başlayıblar. Bu şəxslərin pensiyasında artım da 2024-cü ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olacaq”.

  • Inci
    Fevral 2, 2024 - 15:49

    327 man alanlar ne qeder alacaq?

    • Vüqar
      Fevral 2, 2024 - 19:44

      363 manat

    • Asəf
      Fevral 2, 2024 - 22:55

      363 manat.

  • Asəf
    Fevral 2, 2024 - 22:54

    Bu artım yox, inflyasiyaya uyğun olaraq indeksləşdirmədir. Artım başqa cür olur.

  • Hidayət
    Fevral 3, 2024 - 02:38

    Bu nə zəhlətökənlikdir belə? Hər gün yazin : insanlarin nəzərinə, səhər hava işiqlaşir, axşam qaranlıq düşür.

  • Ayan
    Fevral 3, 2024 - 18:35

    1ci qrup elillerin pensiyasi ne geder oldu

  • Elnur
    Fevral 4, 2024 - 19:06

    Salam iki ayi artimla alinacaq ve 427 alan iki aya ne qeder alacaq

  • Memmedova Türkan
    Fevral 25, 2024 - 03:00

    Salam. Umumı Elıller artımların nıye almadı.

  • Rövşən
    Fevral 26, 2024 - 05:00

    Artım zat yoxdu yalandan camahatı aldatdız niye çünki seçki qabağıydı ona göre

  • ZAUR YUSIFOV
    Mart 6, 2024 - 18:05

    BIZIM PENSIYELER ARTMAYIB NIYE GORESEN

  • İsmayılov Ehtiran
    Mart 9, 2024 - 14:11

    1ci qrup elillerin pensiyasinin artimi ne vaxt verilecek

    • TELMAN
      Mart 21, 2024 - 00:22

      YALAN SOHBETDIR. CAMAATI ALDATDILAR. OZ AWINALIQ BAW ALIB GEDIR BU OLKEDE

    • TELMAN
      Mart 21, 2024 - 01:01

      ARTIM ZAD YOXDU. CAMAATI ALDATDILAR. CUNKI SECKIYE GORE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*