Pensiya alanların NƏZƏRİNƏ: Özəl və dövlət sektorunda çalışanların təqaüdü belə hesablanırbackend

Pensiya alanların NƏZƏRİNƏ: Özəl və dövlət sektorunda çalışanların təqaüdü belə hesablanır

“Azərbaycanda pensiya kapitalının hesablanma qaydası dövlət və özəl müəssisələrdə fərqlidir. Yəni, büdcədən maaş alan və özəl sektorda çalışanlar arasında fərqli hesablama qaydaları mövcuddur.”

Bu fikirləri iqtisadçı Natiq Cəfərli KONKRET.az-a açıqlamasında səsləndirib.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

“Dövlət sektorundan maaş alanların pensiyasının hesablama qaydası əvvəlki illərə uyğun aparılır. Dövlət və büdcə təşkilatlarının mühasibatlığı tərəfindən avtomatik olaraq hesablamalar həyata keçirilir. 14 faiz gəlir vergisi verənlərin və təqaüd fondunun ödənişləri isə ayrıca hesablanır. Özəl sektorda işçinin özü də pensiya kapitalının yığımı üçün vəasit ödəməli olur. Özəl sektorda təqaüd fonduna ödənişlər maaşın həcminə görə hesablanır. Həm işə götürən, həm də işçi ödənişləri həyata keçirir. Minumum əmək haqqının 10 faizini işçi, 15 faizini isə işə götürən ödəyir.”

İqtisadçı qeyd edib ki, VÖEN-lə çalışanları da nəzərdən qaçırmaq olmaz:

“VÖEN-lə çalışan 700 minə yaxın vətəndaş var. Onlar sosial sığorta fonduna, yəni təqaüd kapitalına minumum əmək haqqına görə ödənişlər həyata keçirirlər. Əməliyyat həyata keçirdikləri hər ay o pulu ödəmək məcburiyyətindədirlər. Bu ödəniş minumum əmək haqqının 25 faizi civarındadır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*