Pensiya ödənişləri ilə bağlı TƏCİLİ XƏBƏRbackend

Pensiya ödənişləri ilə bağlı TƏCİLİ XƏBƏR

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 milyon manat) çox olmaqla 4 milyard 142 milyon manat vəsait yönəldilib.

Bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8.1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14.3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Bu ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*