Pensiya və təqaüd alanların NƏZƏRİNƏ – Artım olacaqbackend

Pensiya və təqaüd alanların NƏZƏRİNƏArtım olacaq

“Hökumət növbəti ildə də vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atmağı düşünür. Gələn ilin baş maliyyə sənədi olan dövlət büdcəsində bu sahənin xərclərinin üstün artımları proqnozlaşdırılıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov yanvar ayından pensiya, maaş və müavinətlərin artırılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, 2024-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 15 milyard 772,9 milyon manat məbləğində və ya ümumi xərclərin 43%-i səviyyəsində olacaqdır:

“Bu da 2023-cü illə müqayisədə 1034,5 milyon manat və ya 7,0 faiz çoxdur. Gələn il də dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 542,2 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 78 milyon manat və ya 31,1 faiz çoxdur. Eyni qayda ilə növbəti ildə əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrinin müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsində 2 milyard 630,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2023-cü illə müqaisədə 649,6 milyon manat və ya 32,8% çoxdur”.

Sabiq nazir deyib ki, bütün bu faktlar dövlətin sosial mahiyyətini tam şəkildə ortaya qoyur:

“Növbəti ilin əvvəlindən büdcə təşkilatlarında çalışan insanların əmək haqlarının və təqaüdçülərin təqaüdlərinin 12 faizə qədər artırılması nəzərdə tutulur”.

 

Əlaqədar MÖVZU: Sosial ödənişlərin verilməsi niyə gecikir? – RƏSMİ AÇIQLAMA

  • Vusal
    Dekabr 26, 2023 - 13:09

    Vusal

    • Əfsanə
      Dekabr 26, 2023 - 17:49

      Çox bambili sözlərdi bu ayın zəhər pulunu verin hələ sonra gələn ilin pulunu deyin camat sosial gozduyur siz gələn ildən danışırsız gülməli gülməli millətdən xəbəriniz var ?

  • Cavidan
    Dekabr 26, 2023 - 13:54

    80 manatın 12% i 9 manat 60 qəpik edir Allah bərəkət versin 🤦

    • Xanlar
      Dekabr 26, 2023 - 18:38

      Qiymət artımından xəbərin var?

    • Arzu
      Dekabr 27, 2023 - 07:50

      Yazlq vetranlara aid deyil narahat olma😔

  • Ziya
    Dekabr 26, 2023 - 14:27

    Salam yol işində işliyən əməkdaşların maaşlarının artırılması gözlənilir?

  • Tural
    Dekabr 26, 2023 - 16:46

    Dovlət sol əlindən verir saq əlinən alir nə xeyri

    • Əli
      Dekabr 26, 2023 - 19:25

      Yaşa görə təqaüdə çıxmış insanlara verilən 220azn.aldıgı bu pensiya ilə yaşlı köməksiz qocalar neyləsin.bütün qoca insanlarda dava dəirmanla yaşayır.kamunal xərclər və ölməmək üçün yemək.bunun bir cavabını verə bilən kimsə varmı ?

    • Elman
      Dekabr 26, 2023 - 19:27

      Yaşa görə təqaüdə çıxmış insanlara verilən 220azn.aldıgı bu pensiya ilə yaşlı köməksiz qocalar neyləsin.bütün qoca insanlarda dava dəirmanla yaşayır.kamunal xərclər və ölməmək üçün yemək.bunun bir cavabını verə bilən kimsə varmı ?

  • Lalə
    Dekabr 26, 2023 - 20:38

    Salam tələbələrin təqaüdləri arta bilər? 2024-cü ildə

  • L
    Dekabr 26, 2023 - 20:41

    Növbəti ildə tələbələrin stipendiyalarının artırılması gözlənilir? Artsa çox yaxşı olar

  • Meyitaliyeva Günnazməsmə
    Dekabr 26, 2023 - 21:24

    Acından Ölecik

  • Bakidan
    Dekabr 26, 2023 - 21:39

    Artim ela xeberdi….Amma olarki artim edilsin, amma xeber verilmesin…..Surpriz olsun…xeber olanda qiymet qalxir birinci, sonra ise ferq etmir artim.

  • Nargiz
    Dekabr 27, 2023 - 08:15

    Verlende bayramda artmnan verlsin ki balalarmza bazarğ edey

  • Fidan
    Dekabr 27, 2023 - 10:23

    18 yaşına çatmamış xəstə uşağların pensiyası haçan qalxacaq?verdiyi pensiya dərmanına pampersinə gedir,uşağın vəziyyəti ağır olduğu üçün ana işliyə bilmir bəs nə ilə dolansın?ayda 90 m pampersinə pul verirəm bəs bunun kammunalı var ərzağı var paltarı var..

  • Bakı
    Yanvar 8, 2024 - 21:29

    Veteranların pulunan danışan yoxdu bəs onların pulları nə zaman artacaq

  • Aytac
    Fevral 13, 2024 - 02:50

    Stipendiyalar artacaq???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*