Artım bu pensiyaçılara şamil  olunmayacaq – Deputatdan AÇIQLAMAbackend

Artım bu pensiyaçılara şamil olunmayacaq - Deputatdan AÇIQLAMA

Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək.

Bəs bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı?

KONKRET.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

“Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Ötən ilin yekun əmək haqqı artımının 11.0 faizə yaxın olacağı gözlənilir. Bununla yanaşı, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq”.

Deputat diqqətə çatdırıb ki, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-cü ildə indeksləşdiriləcək.

“O zaman, bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq”.

Fatimə Lətif,

KONKRET.az

 

  • Sübhan
    Yanvar 30, 2024 - 16:03

    Pensiya

  • O.Balayev
    Yanvar 31, 2024 - 11:25

    Мöhtərəm cənablar 2024-ci il Oarabağın tam müstəqil olması ilidir.Pensiyaların %-i isə həmişəki kimi yox,2qat artırılmalı idi.Düşmənlə savaşmış Aslanlarımızın Ata və Anaları sevinirdilər!

  • Sevinc
    Yanvar 31, 2024 - 20:35

    Bəs sosial alanların pensiyası artacaqdır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*