Pensiyalarla bağlı ŞAD XƏBƏR – VİDEObackend

Pensiyalarla bağlı ŞAD XƏBƏR - VİDEO

Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 2024-cü ildə pensiyaların nə qədər artacağı ilə bağlıdır.

KONKRET.az xəbər verir ki, qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq Sərəncamı ilə indeksləşdirilərək artırılır.

Proses ötən ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir.

Bəs 2024-cü ildə pensiyalar nə qədər artacaq?

Millət vəkili Vüqar Bayramov pensiyaların 11 faiz artırılacağını deyib. O bildirib ki, bu, əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək:

“Əgər vətəndaş 500 manat alırsa, bu məbləğ orta hesabla 11 faiz indeksasiya olunaraq artırılacaq, yəni 55 manat artacaq. Daha dəqiq artım faizi fevral ayının əvvəllərində bəlli olacaq”.

Ətraflı Baku TV-nin süjetində:

  • Orxan
    Yanvar 11, 2024 - 19:40

    Vetran pullari niye qalxmir?

  • Aydan
    Yanvar 12, 2024 - 12:16

    18 yaşa çatmamış saglamlıq imkanları mehdud uşaqların müavinetleri ne qeder artacaq??birdeki men qusurlu uşaqima göre işleye bilmirem ve tek anayam işlemiirem bu 300 manat bize nece bes etsin dermanlarını ödemir heç aizce bu haqsızlık deyilmi?

    • Sədaqət Burxan qızı ƏLİYEVA
      Yanvar 13, 2024 - 11:31

      Siz o xəstə uşağı ömürlük pensiyaya çıxartirın pensiyanız artsın. Əvvəlcə həkimdən keçirtirin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*