Pentaqon rəhbəri Rusiyanı strateji rəqib adlandırdıbackend

Pentaqon rəhbəri Rusiyanı strateji rəqib adlandırdı

Rusiya və Çin ABŞ-ın əsas strateji rəqibləridir.

KONKRET.az xəbər verir ki, Pentaqonun rəhbəri Mark Esper Rand Korporasiyasının Amerika mərkəzində çıxışı zamanı belə deyib. Çıxışının mətni hərbi qurumun saytında yayımlanıb.

“Bu gün, böyük güc rəqabəti dövründə, Müdafiə Nazirliyi Çini, daha sonra Rusiyanı əsas strateji rəqiblərimiz olaraq təyin edir” bildirib.

Esperin sözlərinə görə, hər iki ölkə kosmik və kiber məkanda öz imkanlarını genişləndirməklə yanaşı hərbi qüvvələrini də modernləşdirirlər.

“Birləşmiş Ştatlar və tərəfdaşları qurucu prinsiplərimizi və həyat tərzimizi qorumağa davam etməlidirlər. Buna qərarlıyıq” deyib Pentaqon rəhbəri.

Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Timoti Reyin Moskva və Pekinin yaratdığı təhlükə ilə bağlı açıqlamalarını şərh edərək, ABŞ ordusunun məhsuldar dialoq əvəzinə “Rusiya təhdidi” fikrini təbliğ etdiyini bildirib.

Diplomatlar Amerika səlahiyyətlilərini “cəmiyyətdə anti-Rusiya hisslərini şişirtməməyə” və “qlobal sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə səmərəli qarşılıqlı fəaliyyətə yönəltməyə” çağırıblar.

“Rusiya təhlükəsi” ilə bağlı bəyanatlar vaxtaşırı Qərb siyasətçilərinin, ən çox Baltikyanı ölkələrin və Polşanın dilindən eşidilir. Moskva dəfələrlə Rusiyanın NATO ölkələrindən heç birinə hücum etməyəcəyini vurğulayıb.

Xarici İşlər Naziri Sergey Lavrovun sözlərinə görə, Şimali Atlantika İttifaqı bunu yaxşı bilir, ancaq Rusiya sərhədləri yaxınlığında daha çox qoşun yerləşdirmək üçün bəhanə axtarır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*