Pentaqon Trampın 350 milyard dollar iddiasını təkzib etdibackend

Pentaqon Trampın 350 milyard dollar iddiasını təkzib etdi

Donald Trampın Ukraynaya 350 milyard dollar yardım iddiası faktlarla uzlaşmır.

KONKRET.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzündən bəri ABŞ Konqresi Ukraynaya dəstək üçün təxminən 183 milyard dollar ayırıb. Bu məbləğin 65,9 milyard dollarının Kiyevə hərbi yardım üçün göndərildiyini Pentaqon təsdiqləyib, digər 3,9 milyard dollar isə xərclənməyib. Bu 183 milyard dolların təqribən 58 milyard dolları ABŞ-da müdafiə sənayesinin inkişafına, xüsusən də Ukraynaya ötürülən silahların Amerika istehsalı olan yeni silahlarla əvəzlənməsinə xərclənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*