Perm aeroportunda azərbaycanlı həbs edildi backend

Perm aeroportunda azərbaycanlı həbs edildi 

Perm hava limanında azərbaycan əsilli Rusiya vətəndaşı həbs edilib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs ölkədən böyük məbləğdə nağd pulun qanunsuz çıxarılması cəhdində ittiham olunur.

Xəbərdə deyilir ki, Azərbaycana uçmaq istəyən Rusiya vətəndaşı “yaşıl dəhliz”dən keçərkən üzərində bəyan edilməsi tələb olunan hər hansı mal və ya pulun olmadığını qeyd edib. Lakin gömrük baxışı zamanı onun baqajında ümumi məbləği 4 milyon rubl (təxminən 87,5 min manat) olan nağd pul tapılaraq müsadirə edilib.

Faktla bağlı RF Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 1-ci hissəsi (böyük məbləğdə nağd pul qaçaqmalçılığı) üzrə cinayət işi başlanıb. Həmin maddədə qanunsuz aparılan pulun on qatı məbləğində cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.

İttiham aktı artıq Perm Nəqliyyat Prokurorluğu tərəfindən təsdiqlənib, işin materialları baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə əsasən, sərhəddən keçirilən nağd pulun məbləği 10 min ABŞ dolları (17000 manat) ekvivalentini aşdıqda yazılı şəkildə bəyan edilməsi məcburidir. Aşkar edilmiş məbləğ müəyyən olunmuş limitdən 5 dəfədən çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*