Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı strukturlarında baş vermiş kadr dəyişikliklərinə münasibət bildirib.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, o, Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının sədri seçilməsini və Estoniya hökumətinin başçısı Kaia Kallasın xarici siyasət xidmətinin rəhbəri olmasını Rusiya ilə münasibətlərə müsbət dəyişikliklər gətirəcəyinə inanmadığını ifadə edib.
O, bildirib ki, xanım fon der Leyen Avropa İttifaqı ilə Rusiya Federasiyası arasında münasibətlərin normallaşmasının tərəfdarı deyil:
“Bu baxımdan heç nə dəyişmir. Kallasa gəlincə, o, indiyədək diplomatik fəallıq nümayiş etdirməyib və rusofob bəyanatları ilə məşhurdur”.
Kreml buna görə də yeni kadr qərarlarının Moskva ilə Brüssel arasında münasibətlərin normallaşmasına töhfə verəcəyini gözləmir.
Orxan
KONKRET.az