Kreml sözçüsü Dmitri Peskov Avropa ölkələrinin Ukraynaya uzaqmənzilli silahların verilməsi ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq qərarını şərh edib.
KONKRET.az xəbər verir ki, Peskov bu vəziyyəti “xeyli dolaşıq” adlandıraraq qeyd edib.
“Əgər Avropa həqiqətən də Ukraynaya uzaqmənzilli silahların verilməsinə qoyulan məhdudiyyətləri ləğv etmək qərarı veribsə, bu, vəziyyətin açıq-aşkar eskalasiyasıdır,” – deyə o, Rusiya Prezidentinin mətbuat katibi kimi bəyan edib.
O bildirib ki, bu cür addımlar münaqişənin daha da alovlanmasına gətirib çıxara bilər və Moskva buna biganə qala bilməz.
Natiq Səlim,
KONKRET.az