Peskov Ermənistan ABŞ münasibətlərindən danışdıbackend

Peskov Ermənistan ABŞ münasibətlərindən danışdı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-Ermənistan münasibətlərindən danışıb.

KONKRET.az xəbər verir ki, Peskov bunu Ermənistanın suveren hüququ adlandırıb: “Bu, bizim erməni dostlarımızın tamamilə suveren hüququdur, onların işlərinə qarışmaq fikirində deyilik.” Daha əvvəl Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan bildirib ki, çərşənbə axşamı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq. 2024-cü ilin iyununda Ermənistan-Amerika strateji dialoqunun görüşündən sonra iki ölkə hökumətləri qarşılıqlı  dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti haqqında birgə bəyanat qəbul ediblər. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Ararat Mirzoyanın Moskvaya gözlənilən səfərini açıqlayıb

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*