Peskov MDB-nin sammitində iştirak etməyən Ermənistandan danışdıbackend

Peskov MDB-nin sammitində iştirak etməyən Ermənistandan danışdı

Ermənistanın MDB-də fəaliyyəti hər iki tərəf üçün faydalıdır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Bizim erməni tərəfdaşlarımız KTMT-də iştirak etmirlər, onlar iştirakını dayandırıblar. Bununla belə, Ermənistan həm Aİİ, həm də MDB məkanında hələ də çox mühüm iştirakçıdır. Bu iştirakdan həm Ermənistan, həm də erməni xalqı böyük dividendlər alır”. Peskov həmçinin bildirib ki, Kreml Ermənistan baş naziri Nikol Paşinyanın dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ sammitində iştirakını gözləyir. Paşinyan isə  kovid diaqnozu ilə əlaqədar MDB dövlət başçılarının bu gün Sankt-Peterburqda keçirilən  qeyri-rəsmi sammitində iştirak etməyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*