“Ukrayna ilə münaqişə xüsusi əməliyyat kimi başladı. İndi isə Qərbin müdaxiləsi nəticəsində Rusiya müharibə vəziyyətindədir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.
Onun sözlərinə görə, Rusiya sərhədləri yaxınlığında Krımı və yeni regionların ərazilərini ələ keçirmək üçün “istənilən üsullardan istifadə etmək niyyətini sənədləşdirmiş” bir dövlətin mövcudluğuna icazə verə bilməz: “…orada bu “kompaşka” yarananda, kollektiv Qərb Ukrayna tərəfində bunun iştirakçısı olanda bizim üçün bu, artıq müharibəyə çevrildi. Mən buna əminəm. Bunu hər kəs öz daxili səfərbərliyi üçün başa düşməlidir”.
Peskov bildirib ki, indi yeni bölgələrin sakinlərini qorumaq və “bu subyektlərin hazırda Kiyev rejimi tərəfindən de-fakto işğal olunmuş ərazilərini azad etmək” vacibdir.
O, qeyd edib ki, Rusiya elə hərəkət edəcək ki, Ukraynanın hərbi potensialı öz vətəndaşlarının və ərazisinin təhlükəsizliyini təhdid edə bilməyəcək.
Xatirə SADİQ,
KONKRET.az