Sabah Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti öz işinə başlayacaq.
KONKRET.az Lenta.ru-ya istinadən xəbər verir ki, həmin görüşdə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrıca görüş planlaşdırılmır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Ayrıca görüş nəzərdə tutulmayıb, lakin lazım gələrsə, onların danışmaq imkanı olacaq”, – deyə o qeyd edib.
Vəli Həsənoğlu,
KONKRET.az