Peskov təkzib etdi: ”Xeyir, doğru deyil”backend

Peskov təkzib etdi: ”Xeyir, doğru deyil”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin “Rusiya Federasiyasından çıxmaq üçün xüsusi icazə istəməsi” xəbərini şərh edərkən bunun doğru olmadığını bildirib.  

KONKRET.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat verir. Peskov jurnalistlərin Əsədin həyat yoldaşının boşanmaq qərarına gəlib-gəlmədiyi, Rusiyanı tərk etmək istəməsi, keçmiş prezidentin Rusiyada hərəkətinin məhdudlaşdırıldığı, aktivlərinin dondurulduğu ilə bağlı suallarını cavablandırarkən bildirib ki, bu xəbərlər doğru deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*