Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniya hökuməti ilə Rusiya arasında baş tutan qısa təmas barədə açıqlama verib. Onun sözlərinə görə, Rusiya liderinin köməkçisi Yuri Uşakov ilə Böyük Britaniyanın Baş naziri Kir Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell arasında ilin əvvəlində telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, Peskov bildirib ki, sözügedən əlaqə 2025-ci ilin əvvəlində baş tutsa da, Londondan Moskvanın mövqeyinə maraq göstərilmədiyi üçün dialoq davam etməyib.
“Bu təmas zamanı həmkarın Avropanın mövqeyini izah etməyə böyük istəyi var idi, lakin bizim baxışlarımızı dinləməyə eyni maraq hiss olunmurdu. Belə şəraitdə qarşılıqlı fikir mübadiləsi mümkün olmadığından dialoq inkişaf etmədi,” – deyə Peskov vurğulayıb.
Rusiya tərəfi bildirib ki, bu mövzuda yeni danışıqların keçirilməsi hazırda gündəmdə deyil.
Müşviq Tofiqoğlu,
KONKRET.az
