Peskov Zelenskinin danışıq təklifini qəbul etdi: “Razıyıq, amma şərtimiz var”backend

Peskov Zelenskinin danışıq təklifini qəbul etdi: “Razıyıq, amma şərtimiz var”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin danışıqlar təşəbbüsünü dəyərləndirib.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, o, Moskvanın istənilən dialoqa hazır olduğunu bəyan edib:

“Moskva istənilən ünsiyyət və dialoqa hazırdır, ancaq bir şərtlə ki, o, Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmağa kömək etsin”.

Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Putinlə danışıqların mümkünlüyündən söz açıb. Onun sözlərinə görə, əsas məqsəd Ukraynanın məhv edilməsinin qarşısını almaq, ukraynalıların indiki və gələcək nəsillərinin təhlükəsizliyini təmin etməkdir.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*