Rusiya Federasiyası Ukrayna ərazisində Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi ideyasını qəbul etmir. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
KONKRET.az xəbər verir ki, Peskov bu təşəbbüsə münasibət bildirərək deyib: “Rusiya belə bir ideya ilə razı deyil. Bu, vəziyyəti daha da gərginləşdirə bilər və sülh prosesinə töhfə vermək əvəzinə, əksinə, onu çətinləşdirər.”
Rusiya rəsmiləri dəfələrlə qeyd ediblər ki, üçüncü tərəflərin Ukrayna münaqişəsinə hərbi və ya sülhməramlı müdaxiləsi vəziyyəti daha təhlükəli səviyyəyə gətirə bilər.
Natiq Səlim,
KONKRET.az