“Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında danışıqlar fevralın sonundan əvvəl və ya daha gec baş tuta bilər”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya ilə ABŞ arasında danışıqlar Ukraynadakı vəziyyətin həllində mühüm addım olub.
“Həm Qərb, həm də bizim media bu görüşlə bağlı çox yazır. Prezidentlərin görüşü baş tuta bilər, amma bəlkə də yox. Çünki bunun üçün iki ölkənin Xarici İşlər Nazirliklərindən müəyyən hazırlıqlar tələb olunacaq. Rusiya ilə ABŞ arasında münasibətləri bərpa etmək lazımdır. Bu münasibətlər ABŞ-ın əvvəlki administrasiyası tərəfindən qəsdən pozulub”.
Ukrayna məsələsi ilə bağlı Rusiya Federasiyasından danışıqlar aparan şəxsin təyin olunmasına gəlincə, Peskov bildirib ki, ABŞ bunu etdikdən sonra qərar veriləcək.
“Amerika tərəfi öz şəxsini təqdim etdikdən sonra prezident Putin təmsilçimizlə bağlı qərar verəcək”, – Peskovvurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az