Peterburqlu qadın Putindən təqaüdlə necə yaşayacağını soruşdu – Prezident “çətindir” dedibackend

Peterburqlu qadın Putindən təqaüdlə necə yaşayacağını soruşdu – Prezident “çətindir” dedi

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Anatoli Sobçakın abidəsi önünə çiçək qoyduqdan sonra yaxınlıqda toplaşan insanlarla söhbət edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bir qadın ondan 10 min 800 rubl maaşla necə yaşayacağını soruşub.

Putin “Düşünürəm ki, çox çətindir” cavabını verib.

Buna cavab olaraq qadın Putinin daha yüksək maaş aldığını dedi. Prezident isə ona bu sözləri deyib: “Yüksək maaş alan təkcə mən deyiləm. Daha yüksək maaş alanlar var. Prezident ən yüksək maaş almır”.

Qadın, həmçinin, dövlət tərəfindən müəyyən edilmiş yaşayış proqramı ilə ərzaq almaq mümkün olmadığından şikayətlənib və tək qadın olmağın çətin olduğunu deyib.

“Mən başa düşürəm.. Buna görə də, indi biz uşaqlı ailələrə dəstək olmaq üçün bütöv bir proqram həyata keçiririk. Mükəmməl proqramdır”. Prezident belə deyib.

O, Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakın ölümünün 20-ci ildönümü ilə əlaqədar Sankt-Peterburqa gəlib.

Babək Göyüş

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*