Petro Poroşenko Ukraynanın ən varlı adamlarının üçlüyünə daxil oldubackend

Petro Poroşenko Ukraynanın ən varlı adamlarının üçlüyünə daxil oldu

Ukraynanın Forbes qəzeti 2016-cı ildən bəri ilk dəfə Ukraynanın 100 ən varlı iş adamının reytinqini dərc edib.

KONKRET.az xəbər verir ki, iştirakçıların ümumi sərvəti 31,4 milyard dollar təşkil edib.

Siyahıda birinci yeri sərvəti 2,8 milyard dollar dəyərində olan mədən və metallurgiya maqnatı Rinat Axmetov tutub.

Jurnalın məlumatına görə, 2013-cü ilin ən yüksək ili ilə müqayisədə Ukraynanın zənginlərinin sərvəti demək olar ki, altı dəfə azalıb.

Ən varlı ukraynalılar siyahısında ikinci yeri 1,4 milyard dollar sərvəti ilə İnterpipe qrupunun sahibi Viktor Pinçuk tutur, üçüncü yerdə 1,4 milyard dollarla Petro Poroşenko qərarlaşıb.

Ukraynanın keçmiş prezidenti 5 illik yoxluğundan sonra milyarderlər siyahısına qayıdıb. 2014-cü ildə onun sərvəti 1,3 milyard dollar dəyərində idi, 2015-ci ildə Amerikanın Forbes şirkəti onu milyarder hesab etməyi dayandırıb. Sonra “Forbes Ukraine” Poroşenkonun sərvətini 750 milyon dollar qiymətləndirib.

Poroşenkoya əsas gəliri “Roshen” şirniyyat korporasiyası gətirir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*