Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı hava hücumundan müdafiə sistemləri ilə gücləndirilib.
KONKRET.az musavat-a istinadən xəbər verir ki, “Azadlıq” radiosunun jurnalisti Mark Krutov və OSINT tədqiqatçısı Jembob yeni peyk görüntülərini analiz etdikdən sonra belə qənaətə gəliblər.
Məlumatda bildirilir ki, ərazidə S-400 zenit-raket sisteminin mövqeyi də aşkarlanıb.
Krutov yazır ki, Valdaydakı iqamətgahda Alina Kabaeva övladları ilə kifayət qədər vaxt keçirir.