Peyk Pxenyanın yaxınlığında nüvə obyekti aşkar etdibackend

Peyk Pxenyanın yaxınlığında nüvə obyekti aşkar etdi

Yeni peyk görüntüləri Şimali Koreyanın paytaxtı Pxenyanın yaxınlığında əvvəllər bilinməyən nüvə obyektinin olmasını göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı ABŞ-ın Vermont ştatındakı Middlberi kollecində fəaliyyət göstərən Beynəlxalq Araşdırmalar İnstitutunun mütəxəssislərinə istinadən yayıb.

Kanal Şimali Koreyanın digər nüvə obyektlərinə xas olan əlamətlərə diqqət çəkən mütəxəssislərdən sitat gətirir. Belə ki, mütəxəssislər qorunan ərazini, yeraltı obyektləri, həmçinin işçilərin yerləşməsi üçün nəzərdə tutulmuş obyektləri görüblər.

“Onların fikrincə, Amerikanın” Planet Labs” şirkəti tərəfindən təqdim olunan peyk görüntüləri Pxenyanın yaxınlığında KXDR nüvə proqramı ilə əlaqəli mövcud bir obyektə aiddir” deyib.

Bundan əvvəl KXDR “strateji qüvvələrin yalnız fövqəladə vəziyyətlərdə istifadəsini” özündə ehtiva edən nüvə dayandırma strategiyası hazırlamışdı.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*