Pezeşkian Bakıya niyə gəlmədi? – Rəsmi açıqlamabackend

Pezeşkian Bakıya niyə gəlmədi? - Rəsmi açıqlama

İran prezidentinin Bakıda keçirilən COP29-da iştirak etməməsinin səbəbi açıqlanıb.

KONKRET.az İSNA-ya istinadən xəbər verir hökumət sözçüsü Fatimə Mühacirani İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirib:

“Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Rəsmilərinin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.

Xatırladaq ki, Pezeşkian daha əvvəl Azərbaycana gələcəyini qeyd etsə də, sonradan səfər təxirə salınıb.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*