Pezeşkian bu şəxsi tənqid etdibackend

Pezeşkian bu şəxsi tənqid etdi

İran prezidenti Məsud Pezeşkian İsrailin baş naziri Benyamin Netanyahunun İranın su böhranını həll edəcəyinə dair vədini istehza ilə tənqid edib.

KONKRET.az xəbər verir ki, sosial mediada yayılan açıqlamasında Pezeşkian Qəzzaya işarə edərək, “Qəzza xalqını su və yeməkdən məhrum edən bir rejim indi İran xalqına su gətirəcəkmi?” sualını verib.

Netanyahu isə eyni gün sosial media vasitəsilə İran xalqına müraciət edərək bildirib:

“Ölkəniz tezliklə azad olacaq. Siz su qıtlığından əziyyət çəkməyəcəksiniz. İqtisadiyyatınız bərpa olunacaq və inkişaf edəcək. Övladlarınız yenidən şən və qayğısız olacaq. İsrail sizə kömək edəcək. Əgər bunu istəyirsinizsə, azad İran xəyal deyil. İndi hərəkətə keçməyin, azadlıq uğrunda tək mübarizə aparmağın vaxtıdır”.

Pezeşkianın cavabı isə iki ölkə arasında gərgin ritorikanı bir qədər də artırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*