İran Azərbaycan və Ermənistan arasında regionda sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyan sazişi dəstəklədiyini bildirib.
KONKRET.az Minval-a istinadən xəbər verir ki, bunu bu gün Çin Xalq Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışan İran prezidenti Məsud Pezeşkian deyib.
Məsud Pezeşkianın sözlərinə görə, İran da Cənubi Qafqazın daxili işlərinə hər hansı xarici müdaxilənin əleyhinədir. Bu əsasda o, ölkənin qonşuları ilə əlaqələrini inkişaf etdirməyə və möhkəmləndirməyə səy göstərdiyini vurğulayıb.
“İran və Türkiyə arasında ticarət həcminin artırılması üçün bank və gömrük sahəsində əməkdaşlığın sadələşdirilməsi zəruridir. İran ölkələrimiz arasında əlaqələrin inkişafının sürətləndirilməsinə kömək etməyə və qarşılıqlı əməkdaşlığın inkişafı yolunda maneələri aradan qaldırmağa hazırdır”.
Dəniz Pənahova
KONKRET.az