İran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edəcək.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Arakçı məlumat yayıb.
XİN başçısı bildirilib ki, Pezeşkianın Çinə də rəsmi səfəri gözlənilir.
Nazir eyni zamanda xatırladıb ki, İran prezidenti bundan əvvəl İraq, Pakistan, Azərbaycan, Qətərə də səfər edib.