Pezeşkian hicab məsələsindən DANIŞDIbackend

Pezeşkian hicab məsələsindən DANIŞDI

İran prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zorla həll etmək mümkün deyil.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad Iran” telegram kanalı məlumat yayıb.

Pezeşkian vurğulayıb ki, o, hicaba inanır, ancaq qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğru deyil. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həllini tapmalıdır.

Prezident əlavə edib ki, məscidlər mədəniyyət formalaşdırmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə tənzimlənməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*