Pezeşkian Zəngəzurla bağlı Ermənistana xəbərdarlıq etdibackend

Pezeşkian Zəngəzurla bağlı Ermənistana xəbərdarlıq etdi

“İran Zəngəzur dəhlizi ilə bağlı yaranan suallara dair Nikol Paşinyan hökumətindən lazımi cavabı ala bilməyib”.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

Söhbət Zəngəzur dəhlizinə ABŞ-nin hansı şəkildə nəzarət edəcəyindən gedir. İran dəhlizin ABŞ hərbi qüvvələrinin nəzarətində olacağını güman edir.

Surenyants məsələ ilə əlaqədar bildirib ki, İran Prezidenti Məsud Pezeşkian dünən İrəvanda ona verilən izahatlardan razı qalmayıb.

İran prezidenti İrəvana səfərini yekunlaşdırarkən xatırladıb: “Üçüncü qüvvələrin (Zəngəzur dəhlizinə nəzarət məqsədilə – red.) ümumi sərhədlərimiz yaxınlığında olması ilə bağlı narahatlığımız həll olunmalıdır”.

“Bu sözlər onu deməyə əsas verir ki, İrəvanın izahatları Tehranın şübhələrini aradan qaldırmayıb”, – ekspert vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*