İran prezidenti Məsud Pezeşkian suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı zamanı Tehranın terrorla mübarizədə Dəməşqə bütün lazımi yardımı göstərməyə hazır olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Suriya liderinin ofisi məlumat yayıb: “Prezident Pezeşkian təsdiqləyib ki, İran Suriyanın birliyini və sabitliyini pozmağa yönəlmiş bütün cəhdləri tamamilə rədd edir”, – deyə departamentin Telegram kanalında dərc olunan mətndə deyilir. İran prezidenti vurğulayıb ki, “İranın Suriyaya terrorçuları məhv etmək və onların dəstəkçilərinin planlarını pozmaq üçün hər cür imkanları var”. Pezeşkianın sözlərinə görə, ABŞ və İsrailin ambisiyaları region ölkələrinə və xalqlarına qarşı yönəlib. Suriyada baş verənlər bu ambisiyaların təzahürlərindən biridir.
Vəli Həsənoğlu,
KONKRET.az